Cari mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq olan Kevin De Bruyne karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, "Napoli" belçikalı futbolçu ilə yaxından maraqlanır. Hətta onun həyat yoldaşının artıq Neapol ev axtardığı da deyilir.

Bu barədə jurnalist Alfredo Pedulla məlumat yayıb.

De Bruyne "Napoli"yə keçmək barədə Belçika yığmasından komanda yoldaşları Romelu Lukaku və Dris Mertensdən də müsbət fikirlər alıb.

İtaliya klubunun onun üçün ilk rəsmi təklifini növbəti həftə edəcəyi gözlənilir.