“Maraqlı oyun alındı.
Çoxdandır ki, bu cür atmosferdə, belə şəraitdə oyun oynamamışdıq.
Sadəcə, ağır idi. Çünki öz formamızdan uzaq idik”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, “Premyer Liqa məşqçiləri” və “Neftçi 2000-lər” veteranları arasında keçirilən oyundan danışıb:
“Hər bir halda, bir xeyli futbolçuların ustalığını gördük. Çoxdandır görmədiyim futbolçuları da gördüm.
Onlarla görüşdük, xeyli zarafatlar etdik, keçmişi yada saldıq. Məncə, hamı üçün maraqlı oyun oldu”.
Qurban Qurbanov “Neftçi 2000”lərin heyətində də oynamaq istədiyini bildirib:
“Neftçi”nin əfsanələri komandasında da oynamaq istəyərdim. Bəlkə bir hissə bir, o biri hissə digər komandada oynamaq olardı.
Yəqin ki, sistem qurulmuşdu ki, sona qədər belə oynayaq. Nə qədər olmasa, məşqçilər birlikdəydik.
Bəlkə daha uyğunu bu idi. Amma fərqi nədir?
Burada hamımız Orxan Məmmədova və onun keçirdiyi turnirə dəstək olmaq üçün gəlmişdik. Hər şey də gözəl və super alındı”.