TR

Tramp Zelenskinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi çağırışını şərh etdi

BAKI, 21 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi çağırışlarına cavab olaraq bildirib ki, bu cür qərarları yalnız özü qəbul edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət başçısı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Bu mənim qərarım olacaq. Başqa heç kimin. Rusiyanın necə davranacağına, nə baş verəcəyinə baxacağıq", - Tramp bildirib.

Rusiya Prezidenti Vladimir Putin və bir neçə Avropa lideri ilə ötən gün baş tutan telefon danışıqlarına da toxunan ABŞ prezidenti söhbətlərin yaxşı keçdiyini vurğulayıb.

Seçilən
0
teleqraf.com

1Mənbələr