RU

ABŞ və əksər Aİ ölkələri Rəisiyə həsr olunan BMT tədbirinə qatılmadılar

BMT Baş Assambleyasına toplaşan nümayəndə heyətləri helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinə həsr olunmuş xüsusi tədbirdə onu bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə BMT-nin baş katibi Antonio Quterreş, Baş Assambleyanın 78-ci sessiyasının sədri Dennis Fransisk və onlarla ölkəni təmsil edən 100-ə yaxın diplomat iştirak edib. ABŞ və əksər Avropa ölkələri görüşə qatılmayıblar.

Toplantıda çıxış edən BMT baş katibi bəyan edib ki, Rəisi çətin zamanlarda İrana rəhbərlik edib.


Избранный
326
1
news365.az

10Источники