“Sumqayıt”ın müdafiəçisi Tresor Mossi Burundi millisinə dəvət alıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Mossi iyunun 9 və 10-da müvafiq olaraq Qvineya Bisau və Mavritaniya ilə yoxlama görüşü keçirəcək ölkəsinin yığmasına dəvət olunub.