RU

Ötən gün vətəndaşların bank kartlarından 3 min manata yaxın pul oğurlanıb

Bakı, 23 may, AZƏRTAC

Mayın 22-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 1500, 392, 380, 240, 100, 61, 40 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar. Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır”, - deyə məlumatda qeyd edilib.

 

Избранный
0
19
azertag.az

10Источники