Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub...
APA-nın qərb bürosunun məlumatına görə, Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş 1970-ci il təvəllüdlü Səfail Babayev bugünlərdə döyüşlərdə öldürülüb.
Onun Rusiya tərəfindən döyüşlərdə iştirak etdiyi, Rusiya vətəndaşı olduğu bildirilir.
Mərhumun bu gün Səfikürd kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulub.
Poliqon.info