RU

Komandası aşağı liqaya düşdü, hakimləri söydü, ağır cəza aldı

AFFA İntizam Komitəsi I Liqada mübarizə aparan “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadəni sərt cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsi bugünkü iclasında mütəxəssislə bağlı qərar qəbul edib.

Qərarda bildirilib ki, 26-cı turun “Karvan”la oyunu bitdikdən sonra “Qaradağ Lökbatan”ın baş məşqçisi Amit Quluzadə hakimləri təhqir etdiyinə görə 5 oyun cəzalandırılıb. Onun klubu isə 400 manat cərimə edilib.

Bu görüşdə meydandan 2:2 hesablı bərabərliklə ayrılan “Qaradağ” I Liqada yerini itirib.

Избранный
0
1
sportinfo.az

10Источники