RU

ABŞ "Taliban"ı xarici terror təşkilatları siyahısına daxil etməyi nəzərdən keçirir - Rubio

BAKI, TurkicWorld

ABŞ Dövlət Departamenti Əfqanıstandakı “Taliban” hərəkatını xarici terror təşkilatları siyahısına daxil etməyi nəzərdən keçirir.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.

“Bu məsələdə bir sıra qərarlar qəbul edilməlidir və bu qərarlar gələcəkdə Əfqanıstana dair siyasətimizin necə formalaşacağına dair ümumi yanaşmamıza əsaslanacaq. Biz aydın şəkildə anlayırıq ki, “Taliban” kimdir və keçmişdə nələr edib. Biz onların “Əl-Qaidə” və ölkə daxilindəki digər aktorlara qarşı mübarizə məsələsində daha çox əməkdaşlıq etməsini istərdik. Düşünürəm ki, bu məsələ ABŞ Prezidenti Donald Trampın həmin əməkdaşlığı genişləndirmək üçün istifadə edə biləcəyi təsir alətlərindən biridir" - deyə, Rubio qeyd edib.

Jurnalistlər Rubioya ABŞ-ın “Taliban” və ya Əfqanıstanda yerləşən digər qrupların hücumlarına məruz qalmayacağına dair zəmanətin verilməsinin mümkünlüyü ilə bağlı sual veriblər. Rubio bu suala belə cavab verib:

“Bu, hər gün əmin olmalı olduğumuz bir məsələdir və açıq-aydın, bunun əsas məsuliyyəti Müdafiə Nazirliyinin üzərindədir. Bu həm də Əfqanıstanda diplomatik nümayəndəliyimizin olmamasının səbəbidir. Çünki biz hazırda əməkdaşlarımızın təhlükəsizliyini lazımi şəkildə təmin edə biləcəyimizdən əmin deyilik.”

“Prezident [Tramp] oradakı vəziyyətdən xəbərdardır. Öz birinci prezidentliyi dövründə amerikalıların təhlükəsizliyini təmin edən razılaşmanın əldə olunmasında çox fəal rol oynamışdı. Məncə, o, yenidən bu cür bir razılaşmaya nail olmağa çalışacaq ki, Əfqanıstan heç vaxt amerikalılara, xüsusilə də ABŞ ərazisində hər hansı xarici hücumlar üçün meydançaya çevrilməsin” - deyə, Rubio yekunlaşdırıb.

Избранный
0
28
turkic.world

10Источники