RU

Bu üsulla dərhal yuxuya gedəcəksiniz

Gün ərzində nə qədər yorğun olsanız da, bəzən gecələr yuxuya getmək əsl sınağa çevrilə bilər. Xüsusilə son illərdə geniş yayılmış yuxusuzluq problemi bir çox insanın gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərir. Artıq bu problemə qarşı praktik və elmi əsaslı bir həll var.

Viral.az sizə həmin metodu -“Koqnitiv Qarışdırma” metodunu təqdim edir:

Mütəxəssislər tərəfindən tövsiyə edilən bu üsul zehni yorucu düşüncə axınından yayındıraraq yuxuya getməyi asanlaşdırır. Tətbiqi isə olduqca sadədir:

Son Yazılar:

Bir söz seçin. Məsələn: Qələm

Sözün hər hərfi üçün əlaqəli sözlər düşünün.

Q – Qapı

Ə – Əl

L – Lampa

Ə – Ərik

M – Masa

Hər bir sözü vizual şəkildə beyninizdə canlandırın.

Bu zehni məşq, beynin dağınıq düşüncələrə fokuslanmasının qarşısını alır və yuxuya getmə prosesini sürətləndirir. Beyniniz yeni söz tapmaqda çətinlik çəkməyə başladıqda isə, artıq yuxuya keçmiş olacaqsınız.

Mütəxəssislərə görə bu metod xüsusilə gecə narahat düşüncələrdən əziyyət çəkən insanlara çox faydalıdır. Yuxusuz gecələrə son qoymaq üçün bu sadə üsulu sınaqdan keçirmək kifayətdir./milli.az

Избранный
0
4
viral.az

5Источники