RU

Türkiyədə bu gülü qoparanlar 557 min lirə cəriməOLUNACAQ

Türkiyənin Yozqat şəhərində endemik növ olan Cehrilik laləsi açıb. Yalnız 15 gün ömrü olan bu nadir bitkini qoparmağın cəzası isə 557 min 212 lirədir (təxminən 24 min 390 manat).

Redaktor.az xəbər verir ki, Yozqat şəhər mərkəzindən 8 kilometr uzaqlıqda yerləşən Cehrilik bölgəsində təbii şəkildə yetişən bu lalə, həm görüntüsü ilə təbiətə rəng qatır, həm də arılar üçün mühüm polen mənbəyi rolunu oynayır.

Şakayıkgillər fəsiləsinə aid olan və antioksidant maddələr ehtiva edən Cehrilik laləsi ildə yalnız bir dəfə çiçək açır. Çiçəkləndikdən sonra isə 15 gün kimi qısa bir ömrə sahibdir. Bu mənzərəni izləmək istəyən çox sayda vətəndaş bölgəyə axın edir.

Ətraf Mühitin Mühafizəsi Qanununa əsasən bu nadir növü təbiətdən qoparanlara 557 min 212 lirəyə qədər cərimə tətbiq olunur.

Kənan YUSİF 

Избранный
0
redaktor.az

1Источники