RU

Anqolada neft platformasında yanğın: 17 nəfər xəsarət alıb

Anqolada neft platformasında baş verən yanğın nəticəsində azı 17 nəfər xəsarət alıb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, bu barədə “Jornal de Angola” qəzeti Neft, Qaz və Bioyanacaq üzrə Milli Agentliyin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, insident Kabinda əyalətinin sahillərində, “Cabinda Gulf Oil Company Limited” (CABGOC) şirkətinə məxsus “Benguela Belize-Lobito Tomboco” dərinsulu platformasında baş verib.

Nəşr yazır ki, xəsarət alan 17 nəfərdən 4-ü xəstəxanaya yerləşdirilib və onların vəziyyəti ağırdır.

Qeyd olunur ki, platformada 2025-ci il mayın 1-dən planlı illik texniki xidmət işləri aparılır. CABGOC-dan verilən məlumata görə, yanğın qısa zamanda söndürülüb.

Избранный
0
4
busaat.az

5Источники