RU

Baş Prokurorluqdan 16 yaşlı qızın ölümü ilə bağlı - Rəsmi açıqlama

Baş Prokurorluq Sabirabadda 16 yaşlı qızın qətlə yetirilərək Kür çayına atılması ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. 

Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam edir.

16:18

Sabirababdın Güdəcühür kəndində 21 yaşlı Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu qeyri nigahda olduğu 16 yaşlı N.Ə.-ni qətlə yetirib. Bu barədə Apa məlumat yayıb. 

"Güdəcühür kənd sakini, 2004-cü il təvəllüdlü Talıbzadə Seyidrəsul Mirmöhsün oğlu aralarında yaranmış münaqişə zəminində, qeyri-rəsmi nikahda olduğu, Şirvan şəhər sakini, 2009-cu il təvəllüdlü N.Ə.-ni qətlə yetirib. O, daha sonra meyiti kəndin ərazisində Kür çayına atıb", - məlumatda deyilir. 

Seyidrəsul Talıbzadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma gedir.

Избранный
0
30
anews.az

10Источники