Türkiyə və bir çox ölkədə reytinq rekordları qıran “Uzaq şəhər” (Uzak Şehir) serialının baş rol ifaçıları Sinem Ünsal və Ozan Akbaba eyni vaxtda “Koka-Kola” brendini reklam etdikdən sonra sosial mediada sərt reaksiya ilə üzləşiblər.
Kult.az xəbər verir ki, bir çox izləyici İsrailə qarşı boykot çağırışlarının gücləndiyi bir vaxtda “Koka-Kola” reklamına qarşı çıxıb və teleserialı boykot etməyə səsləyib.
Boykota təkcə izləyicilər yox, ictimai xadimlər də qoşulub. Belə ki, Türkiyə Prezidentinin müşaviri İsmayıl Cəsur da həmin reklamı tənqid edərək, Kanal D və ona bağlı kanalları boykot edəcəyini bildirib.