RU

Daha bir məktəb direktoru işdən çıxarıldı

Bakıda 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova işdən çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, may ayında aparılan monitorinqlər nəticəsində Bakı şəhərindəki Məktəb-Lisey Kompleksinin və İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktorlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlar əsas götürülməklə müvafiq qərarlar verilib.
MÜTDA-nın açıqlamasında bir neçə gün öncə Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyevanın da işdən çıxarılması barədə məlumat verilib. Qeyd olunub ki, onunla bağlanmış əmək müqaviləsinə 16 may 2025-ci il tarixdən xitam verilib. Bununla yanaşı, İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Firəngiz Həmidova ilə də bağlanmış əmək müqaviləsi 19 may 2025-ci il tarixdən ləğv edilib.
Ümumi təhsil müəssisəsinin normal fəaliyyətinin təmin olunması, idarəetmənin və tədrisin keyfiyyətinin təşkili məqsədilə hər iki müəssisənin fəaliyyəti nəzarətə götürülməklə, direktor vəzifəsinin müvəqqəti icrası Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşına həvalə olunub.
Xəbəri rus dilində oxuyun: В Швеции разрешили новую акцию с сожжением Корана - ФОТО
Xatırladaq ki, bir neçə gün öncə 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli yayılan səs yazısından sonra dərhal vəzifəsindən azad edilib.
Qeyd edək ki, işdən çıxarılan 200 saylı Məktəb-Lisey Kompleksinin direktoru Esmira Quliyeva Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyevin qızıdır.
Избранный
0
17
yenilik.az

10Источники