“Nyukasl”ın sabiq futbolçusu Remi Kabelya karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirəcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə məlumatı Pirey təmsilçisinin mətbuat xidməti yayıb. 35 yaşlı yarımmüdafiəçi yeni klubuna azad agent statusunda qoşulub.
Fransalı oyunçunun son klubu “Lill”lə müqaviləsinin müddəti başa çatmışdı.
Kabelya ötən mövsüm “Lill”in heyətində 37 matçda iştirak edib, 2 qola və 4 məhsuldar ötürməyə imza atıb.