RU

“Turan işığında 150 il” - Əməkdar jurnalist tələbələrlə görüşdü - FOTO

Bakı Dövlət Universitetində (BDU) tanınmış mətbuat tarixçisi, Əməkdar jurnalist Akif Aşırlının iştirakı ilə “Turan işığında 150 il” layihəsi çərçivəsində Azərbaycan mətbuatının 150 illik yubileyinə həsr olunmuş görüş keçirilib.

Modern.az xəbər verir ki, tədbirin açılışında Jurnalistika fakültəsinin müəllimləri - dosent Aygün Əzimova, Samir Xalidoğlu və fakültənin tələbələri iştirak ediblər. Aygün Əzimova çıxışına tədbirin əhəmiyyəti və məqsədindən bəhs etməklə başlayıb. O, Akif Aşırlının həm jurnalist, həm də tədqiqatçı kimi fəaliyyətindən söz açaraq, onun Azərbaycan mətbuat tarixinin araşdırılmasında və təbliğində oynadığı rolu xüsusi vurğulayıb.

Daha sonra Akif Aşırlı çıxış edərək tədbirin “Turan işığında 150 il” adlandırılmasının səbəbini açıqlayıb. O bildirib ki, 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti təkcə Qafqazda deyil, bütövlükdə Rusiya imperiyası ərazisində yaşayan türkdilli xalqlar arasında yayımlanan ilk qəzetlərdən biri olub. Bu baxımdan, “Əkinçi” yalnız Azərbaycan mətbuatının deyil, ümumtürk mətbuatının da əsasını qoyan nəşrlərdən sayılır.

Akif Aşırlı Azərbaycan mətbuatının tarixi inkişaf mərhələlərinə də toxunub, mətbuatın formalaşmasında, sovet dövründə və müstəqillik illərindəki rolunu iştirakçılarla bölüşüb. O, jurnalistikanın cəmiyyətə təsiri, tarixi missiyası və çağdaş dövrdə qarşılaşdığı çağırışlar haqqında da fikirlərini bölüşüb.

Tədbirin sonunda Aygün Əzimova tələbələrə çıxışdan irəli gələn suallarını Akif müəllimə ünvanlamağı tövsiyə edib. Tələbələrin suallarını məmnuniyyətlə cavablandıran Akif Aşırlı, onların maraqlı yanaşmalarını və fəallığını yüksək qiymətləndirib.

Görüşün sonunda “Turan işığında 150 il” kitabının imza mərasimi keçirilib. Tələbələr müəllifdən kitablarını imzaladaraq tədbiri xatirə şəkilləri ilə yekunlaşdırıblar.

Избранный
0
1
modern.az

2Источники