Bakı. Trend:
Son üç gündə ümumilikdə 438 əfqan məhbus Pakistanhəbsxanalarından azad edilərək Əfqanıstana qaytarılıb.
Trend xəbərverir ki, bu barədə Qaçqınlar və Repatriasiya Nazirliyi çərşənbəaxşamı məlumat yayıb.
Açıqlamada bildirilir ki, geri qayıdanlar ölkənin cənub vəşərqindəki sərhəd-keçid məntəqələrində yardım alaraq özəyalətlərinə aparılıb.
Son iki həftə ərzində isə Pakistanda saxlanılan minə yaxın əfqanazad edilərək vətəninə qaytarılıb. Əksəriyyəti sənədsiz olantəxminən 7 milyon əfqanıstanlı qaçqın hələ də xaricdə, əsasən qonşuİran və Pakistanda yaşayır.