Bakı.Trend:
Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının sabiq müdiri AğayevaÜlviyyə Baloğlan qızının məhkəməyə müraciəti rədd edilib.
Trend-in əldəetdiyi Ülviyyə Ağayeva fəaliyyəti dövründə müəssisəyə rəhbərlik vənəzarətdə ciddi nöqsanlara yol verdiyinə, eləcə də vəzifəsəlahiyyətlərindən sui-istifadə etdiyinə görə Məktəbəqədər və ÜmumiTəhsil üzrə Dövlət Agentliyinin əmri ilə Əmək Məcəlləsinin müvafiqmaddəsinə əsasən vəzifədən azad edilib.
Sabiq müdir daha sonra Nərimanov Rayon Məhkəməsinə müraciətedərək əvvəlki vəzifəsinə bərpa olunması və məcburi iş buraxmayagörə əməkhaqqının ödənilməsi ilə bağlı iddia qaldırıb. Lakinməhkəmə onun iddiasını əsassız sayaraq rədd edib.
Məlumatı Trend-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyindən (MÜTDA) təsdiqləyiblər.