RU

Bakıda itkin düşən 13 yaşlı qız tapıldı - Yenilənib

Bakıda yeniyetmə qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, mayın 19-da Binəqədi rayonu Biləcəri qəsəbə sakini R.Mehdiyev bu barədə polisə məlumat verib.

O bildirib ki, eyni ünvanda yaşadığı 2012-ci il təvəllüdlü qızı X.Mehdiyeva mayın 18-də evdən çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayaraq itkin düşüb.

Müraciətlə əlaqədar polis tərəfindən tədbirlər görülür.

***

İtkin düşmə kimi axtarışa elan edilmiş azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Избранный
0
13
qafqazinfo.az

10Источники