"Barselona"nın prezidenti Joan Laporta "Mançester Siti"nin futbolçusu Erlinq Haalandı transfer edəcəklərinə dair yayılan məlumatlara münasibət bildirib.
QOL.az xəbər verir ki, o, belə bir transfer düşünmədiklərini deyib:
"Həyatda qeyri-mümkün heç nə yoxdur. Lakin biz hazırda bu haqda düşünmürük. Hazırda belə transfer bizə lazım deyil. Üstəlik, Haaland bu yaxınlarda "Mançester Siti" ilə müqaviləsini uzadıb".
Qeyd edək ki, Erlinqin klubu ilə müqaviləsi 2034-cü ilin iyun ayına qədərdir. Bu mövsüm Haaland “Mançester Siti”nin heyətində 42 oyun keçirib, 30 qol vurub və 4 məhsuldar ötürmə edib.
Xatırladaq ki, norveçli oyunçu Premyer Liqada ən çox maaş alan futbolçudur.