RU

Yaponiya 100 ildən çox işləyə bilən qələm yaradıb

Yaponiyanın Titaner şirkəti Dragon Pearl qələmini hazırlayıb. Qələm bir milyon klikə tab gətirmək üçün dizayn edilib və tamamilə 5-ci dərəcəli titandan hazırlanıb. İstehsalçılar əminliklə bildiriblər ki, onu ən azı 100 il istifadə etmək mümkün olacaq.

Herbiand.az bu barədə Techkult-a istinadən xəbər verir.

Qələm patentləşdirilmiş Dual-Wing Trajectory-nun ucun uzatma/geri çəkmə sisteminə malikdir. Eni 13 mm, uzunluğu 144 mm, çəkisi 25 qramdır.

Dragon Pearl modul dizayna malikdir ki, bu da müəyyən konfiqurasiyalı gövdə - qabırğalı və ya altıbucaqlı, həmçinin ucluq - titan və ya bərkidilmiş polad M390 seçməyə imkan verir. Belə halda, qələmdən təcili şüşə qıran kimi də istifadə etmək olar. Təxmini qiyməti 208 dollardır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
0
1
herbiand.az

2Источники