"Sumqayıt"ın mövsümün sonunda vidalaşacağı daha bir futbolçu müəyyənləşib.
İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, rəhbərlik Rövlan Muradovun xidmətində maraqlı deyil.
Klub iyunda müqaviləsinin müddəti başa çatan Muradovla yeni anlaşma imzalamaq fikrində deyil.
Qeyd edək ki, Rövlan 2023-cü ilin yayından "kimyaçılar"ın formasını geyinir. 27 yaşlı futbolçu cari mövsümdə ümumilikdə 31 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
İdman.biz