RU

İspaniya millisi ilə dünya çempionu olan qapıçı karyerasını bitirir

BAKI, 20 may. TELEQRAF

İtaliyanın "Komo" klubunun futbolçusu Pepe Reyna mövsümün sonunda karyerasını başa vuracaq.

Teleqraf xəbər verir ki, 42 yaşlı qapıçı bu barədə"Movistar"a açıqlamasında deyib.

"Möhtəşəm karyeram sona çatmaq üzrədir. Yaşadığım hər şeylərə baxanda inanılmaz sevinc hiss keçirirəm.

Karyeramın bu qədər uzun illər davam edəcəyini gözləmirdim. Düşünürəm ki, vaxtım yetişib", - deyə Reyna bildirib.

Qeyd edək ki, Pepe Reyna İspaniya millisi ilə iki dəfə Avropa, bir dəfə isə dünya çempionu olub. O,İngiltərənin “Liverpul” klubu ilə dörd, İspaniya “Vilyarreal”ı ilə iki, Almaniya “Bavariya”sı və İtaliya "Napoli"si ilə bir kubok qazanıb. Reyna həmçinin vətənində "Barselona", İtaliyada "Milan" və "Latsio" və İngiltərədə "Aston Villa"nın da şərəfini qoruyub.

Избранный
0
teleqraf.com

1Источники