Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən qadın saxlanılıb.
Bu barədə Bizim.Media-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda əlində bıçaqla avtobusa daxil olan qadın sərnişinləri hədələdi – VİDEO
Qeyd olunub ki, Bakıda ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bizim.Media