RU

Bu gün Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç yol salınır

BAKI, 20 may. TELEQRAF

Bu gün Bakıdan Ağdam rayonunun Kəngərli kəndinə növbəti köç yola salınır.

Teleqraf xəbər verir ki, yolsalma mərasimi Lökbatanda məcburi köçkünlər üçün tikilmiş “Qobupark-3” yaşayış kompleksinin qarşısından başlayacaq.

Kəngərli kəndində ümumilikdə 2544 nəfərin yaşaması planlaşdırılıb. Layihələndirilən ərazi 177 hektardan çoxdur.

Birinci mərhələ üzrə Kəngərli kəndinə 1279 nəfərin köçürülməsi planlaşdırılır. Artıq 292 iki, üç, dörd və beşotaqlıfərdi ev inşa olunub. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq, kəndin salınmasının birinci mərhələsi üçün 72,5 hektar torpaq sahəsi ayrılıb.

Kənddə əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət təyinatlı müxtəlif obyektlər tikilib, daxili yollar, elektrik, rabitə, su və qaz xətləri çəkilib.

Xatırladaq ki, oktyabrın 4-də Ağdam rayonunun Kəngərli kəndinin təməli qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Избранный
0
1
teleqraf.com

2Источники