RU

Azərbaycanlı oyunçunun Super Liqa xəyalı “öləzidi” - VİDEO

Türkiyədə Süper Liqaya vəsiqə uğrunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Boluspor” doğma meydanda “Bandırmaspor”la qarşılaşıb.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. İsgəndərli oyuna 71-ci dəqiqədə, hesab 1:3 olarkən daxil olub.

Cavab oyunu 23 may Bakı vaxtilə saat 17:00-da keçiriləcək.

Избранный
0
37
sportinfo.az

10Источники