Ukrayna prezidenti Volodimir Zelenski ilə Amerika lideri Donald Tramp arasında iki telefon danışığı olub.
“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, bu barədə Zelenski brifinq zamanı danışıb.
“Bu gün prezident Trampla müxtəlif formatlarda iki zəngim olub. İlk zəng oldu, biz Ukrayna üçün çox vacib olanı danışdıq. Bu atəşkəsdir, bunlar, prinsipcə, İstanbulda və ondan əvvəl daim müzakirə etdiyimiz qeyd-şərtsiz şeylərdir”, - deyə o bildirib.
Onun sözlərinə görə, ikinci telefon danışığında əsas müzakirə mövzusu rəsmi Moskvanın müharibənin bitməsini dəstəkləmədiyi təqdirdə ABŞ-nin Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etməsinə dair olub:
“Üçüncüsü, mən ondan Putinlə söhbətindən əvvəl xahiş etdim ki, bizsiz Ukrayna ilə bağlı qərarlar qəbul etməsin. Bizim üçün bunlar əsas və çox vacib şeylərdir. Yaxşı, biz razılaşdıq ki, Putinlə söhbətindən sonra əlaqə saxlayacağıq. Sadəcə, kifayət qədər uzun söhbətimiz oldu, məncə, bir saatdan çox”.
İkinci zəng zamanı Zelenski və Trampın söhbətinə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Almaniya Kansleri Fridriks Mers və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulub.