RU

"Toplum TV" işi üzrə növbəti məhkəmə prosesi keçirilib

Bakı. Trend:

"Toplum TV" işi üzrə açılan cinayət işində təqsirləndirilən AkifQurbanov, Ələsgər Məmmədli, Ruslan İzzətli, Ramil Babayev, ƏliZeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Fərid İsmayılov və ElmirAbbasovun cinayət işi üzrə növbəti məhkəmənin prosesikeçirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdəittiham aktının bir hissəsi elan olunub.

İttiham aktının təqsirləndirilən Ələsgər Məmmədli və AkifQurbanova aid olan hissəi məhkəmədə elan olunub.

Həmçinin iş üzrə təqsirləndirilən Ələsgər Məmmədli və Ruslanİzzətlinin vəkilləri müvəkkilləri barəsində seçilən həbs qətimakantədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəmə qarşısındavəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmənin növbəti prosesi 2 iyunda keçiriləcəkdir.

Xatırladaq ki, ötən il martın 6-da "Toplum TV" internetteleviziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxiliİşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib.

"Toplum TV"nin həmtəsisçiləri Akif Qurbanov, Ələsgər Əhmədoğlu(Məmmədli), əməkdaşları və III Respublika Platformasının qurucuüzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbiri seçilib. Onlaraqarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbirolan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işiaçılıb.

Daha sonra iş üzrə təqsirləndirilən şəxslərə qarşı əlavə olaraqittihamlar (Cinayət Məcəlləsinin 162-1.1, 192.3.2, 193-1.3.1,193-1.3.2, 206.4, 213.2.1 maddələri ilə) irəli sürülüb.

Məqalədə:
Избранный
0
23
az.trend.az

10Источники