RU

Kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara 100 min manatadək kredit imkanı

Kapital Bank kənd təsərrüfatı sektorunun inkişafına dəstək məqsədilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə aqro kredit təqdim edir.

Finss.az xəbər verir ki, kredit məhsulu 1 000 AZN-dən 100 000 AZN-dək məbləğdə, illik 16%-dən başlayan faizlə və 36 ayadək müddətə verilir. Ödənişlər annuitet üsulu ilə həyata keçirilir.

Aqro kredit çərçivəsində müştərilər yaşayış yerinə vizit edilmədən və girovsuz, zaminsiz şəkildə kredit ala bilərlər. Eyni zamanda, biznesin xüsusiyyətlərinə uyğun olaraq fərdi ödəniş qrafiki və kredit ödənişində güzəştli aylar təklif olunur.

Kapital Bankın geniş filial şəbəkəsi vasitəsilə sahibkarlar onlara ən yaxın filialda bu məhsuldan faydalana bilərlər.

Ətraflı məlumat üçün keçid: //www.kapitalbank.az/loans/mikro-biznes-kreditleri/aqro-kredit

Fuad Mədətov
Finss.az

Избранный
0
fins.az

1Источники