"Milan" son 5 ildə ilk dəfə Çempionlar Liqasında oynamayacaq.
QOL.az xəbər verir ki, Serxio Konseysaonun komandası A seriyasının 37-ci turu çərçivəsində səfərdə "Roma"ya uduzub (1:3).
Bununla da xallarının sayını 66-ya çtdırıb və 5-ci pillədə öz yerini tutub. Nəticədə 60 xalla 9-cu sırada qərarlaşan "Milan"ın avrokuboklara vəsiqə qazanmayacağı dəqiqləşib.
Klub sonuncu dəfə 2020/21 mövsümündə Çempionlar Liqasında oynamamışdı və Avroliqada mübarizə aparmışdı.
Ümumilikdə isə avrokuboklarda son dəfə 2019/20 mövsümündə maliyyə feyr-pley problemlərinə görə iştirak edə bilməyib.