RU

Sabaha olan hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasında mayın 19-dan 20-nə keçən gecə yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Gün ərzində havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 55-60% olacaq.

Избранный
0
42
publika.az

10Источники