RU

Qida qablaşdırmasında gizli təhlükə

Qida

İsveçrə, Fransa və ABŞ-dan olan beynəlxalq alimlər qrupu müəyyən edib ki, qida qablaşdırmasında və ultra işlənmiş qidalarda olan sintetik kimyəvi maddələr sağlamlığa mənfi təsir göstərə bilər. Bu maddələr xərçəng, ürək-damar xəstəlikləri, metabolik pozuntular, neyrodegenerativ və reproduktiv problemlər yarada bilər. Tədqiqat Nature Medicine jurnalında dərc olunub.Qidaya təmasda olan kimyəvi maddələr (FCC) — bisfenollar, ftalatlar və PFAS kimi — qidalara nəqliyyat, emal, qablaşdırma və hazırlıq mərhələlərində keçir. Xüsusilə ultra işlənmiş qidaların (UPF) istehlakının artması təhlükəlidir, çünki onlar sintetik əlavələrlə yanaşı qablaşdırmadan zərərli birləşmələri də mənimsəyirlər.Tədqiqatın aparıcı müəllifi Ceyn Munk qeyd edir ki, müasir qablaşdırılmış və ultra işlənmiş məhsullar rahatlıq və dadlı olsa da, mikropalstik və təhlükəli kimyəvi maddələrin mənbəyi ola bilər. Lakin onların sağlamlığa təsiri hələ tam öyrənilməyib.Alimlər qida sənayesində kimyəvi maddələrə nəzarətin gücləndirilməsi, təhlükəsiz qablaşdırma materiallarının hazırlanması və UPF istehlakının azaldılması üçün qanunvericiliyin yenidən gözdən keçirilməsini tələb edirlər.Həmçinin mikropalstik və zərərli maddələrin qidaya keçməsini yoxlamağın yeni metodlarına ehtiyac var.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Çörək Zavodu Tük İddialarına Cavab Verdi

Qəzzanın cənubunda HAMAS lideri Mühəmməd Sinvarın cəsədi aşkarlandı - FOTO

NATO üçün "alçaldıcı" İstanbul danışıqları – Eskobarın fikri

Избранный
0
ulusum.az

1Источники