RU

Azərbaycanda benzin istehsalı azalıb - Xaricdən idxal 5 dəfə artıb

2025-ci ilin yanvar-aprel aylarının rəsmi məlumatları onu deməyə əsas yaradır ki, artıq neft məhsullarında da xaricdən asılığımız kəskin artır, hətta ölkənin vizit kartı olan neft emalında da sürətlə geriləyirik.

Ucnoqta.az xəbər verir ki, bu abrədə iqtisadçı Natiq Cəfərli bildirib. İqtisadçının sözlərinə görə, Dövlət Statistika Komitəsi xəbər verir ki avtomobil benzininin istehsal həcmi illik müqayisədə (2025-cü ilin ilk 4 ayında, 2024-cü ilin ilk 4 ayına nisbətən) 17% azalaraq 424.4 min tona düşüb:

"Azərbaycan bu ilin ilk rübündə xaricdən 53.3 min ton və ya 42.21 mln. dollar həcmində Aİ-92 markalı benzin idxal edib. Bu da öncəki ilin eyni dövrü ilə müqaisədə 5 dəfədən (!!!) çox artım deməkdir. Yəni, adi Aİ-92 markalə benzini belə xaricdən alırıq, bunun üçün hər ay 15 mln. dollar vəsait xərcləyirik, bu gedişlə 2025-ci ildə tək Aİ-92 markalı benzin idxalına 180 mln. dollar xərcləməli olacağıq".

Избранный
0
1
ucnoqta.az

2Источники