RU

"Lion"un forvardı Lakazettin klubdakı son matçında evi qarət edilib

"Lion"un hücumçusu Aleksandr Lyakazettin evi qarət edilib.

Operativ Media xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.

Məlumata görə, insident şənbə günü komandanın Liqa 1-in 34-cü turu çərçivəsində “Anje” ilə ev oyununda (2:0) baş verib. Naməlum şəxslər futbolçunun evinə daxil olaraq, seyfi sındıraraq oradan pul, qızıl-zinət əşyaları və bahalı dəri məmulatlarını oğurlayıblar. Qeyd olunur ki, dəyən ziyan on minlərlə avro təşkil edib. Yerli polis artıq araşdırmaya başlayıb.

Lakazett "Anje" ilə oyunda iki qol vurub. Bu qarşılaşma 33 yaşlı futbolçunun "Lion" üçün sonuncu matçı olub. Hücumçu mövsümün sonunda komandanı tərk edəcək.

"Lion" 2024/25 Fransa çempionatını turnir cədvəlində altıncı yerdə başa vurub.

Избранный
0
operativmedia.az

1Источники