RU

Tramp Putinlə bu məsələni müzakirə edəcək.

ABŞ prezidenti Donald Tramp bu gün Rusiya prezidenti Vladimir Putinlə Ukrayna məsələsini müzakirə edəcək.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Tramp uzunmüddətli sülh səyləri çərçivəsində Vladimir Putinə zəng edəcək.

“X” hesabından paylaşım edən Tramp danışıqların mövzusunu açıqlayıb: "Mövzu ticarət və hər həftə orta hesabla 5 min rus və ukraynalı əsgərin ölümünə səbəb olan bu qanlı qarşıdurmanın dayandırılması olacaq. Ümid edirəm ki, məhsuldar bir gün olacaq. Atəşkəs əldə ediləcək və bu son dərəcə şiddətli müharibə sona çatacaq".

O, həmçinin Ukrayna prezidenti Vladimir Zelenski və NATO rəsmiləri ilə də danışıqlar aparacağını bildirib.

Избранный
0
50
publika.az

10Источники