Qazaxıstanın cənubunda Qızılorda vilayətinin çölündə "An-2" təyyarəsi təcili eniş edib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, xilasedicilər onu səkkiz saat sonra aşkar ediblər.
"Fövqəladə Hallar Nazirliyinin növbətçi hissəsinə məlumat daxil olub: Qızılorda vilayətində Tan-Kumkol istiqamətində hərəkət edən An-2 təyyarəsi məcburi eniş edib. Təyyarədə üç nəfər olub", - məlumatda deyilir.
Qeyd edildiyi kimi, ekipajla heç bir əlaqə olmayıb, onların yeri məlum olmayıb. Səkkiz saatlıq axtarışlardan sonra, gecə saatlarında itkin düşənlər çöldə tapılıb.
Tapılan heyət ən yaxın Terenözək kəndinə təxliyə edilib; tibbi yardıma ehtiyac duymayıblar./milli.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта