RU

Türkiyədən Qırğızıstana dəri ixracı artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Qırğızıstana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artaraq, 766 min 38 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qırğızıstana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 dəfə artaraq, 7 milyon 440 min 74 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz azalaraq, 520 milyon 460 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 102 milyon 962 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 2,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 1 milyard 514 milyon 439 min dollar məbləğində dəri ixrac edib.

Избранный
0
18
turkic.world

10Источники