RU

Ötən həftə 13 azyaşlı xilas edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

"Cebheinfo.az" xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 150 yanğına çıxış, 30 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 13-ü azyaşlı olmaqla 39 nəfər xilas edilib, 5 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

"Cebheinfo.az" 

Избранный
0
9
cebheinfo.az

10Источники