RU

Ermənistan üçün sülh alternativsizdir- ÖZƏL

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, guya Ermənistan Konstitusiya Məhkəməsinin qərarı ilə konstitusiyada Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsasları aradan qaldırılıb. Lakin siyasi ekspertlər bu fikri rəsmi İrəvanın sülh sazişinə qeyri-səmimi yanaşma kimi dəyərləndirirlər. "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Kamal Cəfərov qeyd edib ki, bütün bu hüquqi ziddiyyətlər və ikili standartlar göstərir ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı sülh prosesinə qarşı məqsədyönlü şəkildə təşkil edilmiş hüquqi-siyasi baryerdir: "Ermənistan ictimaiyyəti anlamalıdır ki, sülh sazişi ilk növbədə Ermənistanın öz gələcəyi üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan bu saziş olmadan da öz suverenliyini qoruyur və regionda lider rolunu möhkəmləndirir. Lakin Ermənistan üçün sülh alternativsizdir - əks təqdirdə ölkədə təcrid, geosiyasi zəiflik və sosial-iqtisadi durğunluqla daha da dərinləşəcək, Ermənistanın dövlət kimi mövcudluğu təhlükə atına düşəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
0
olaylar.az

1Источники