Basketbolun 3x3 növü üzrə komandaların dünya reytinqi açıqlanıb.
İdman.biz xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi də siyahıda yer alıb.
Yığmamız dünyada 27-cidir. Komandanın hesabında 93,106 xal var. Millimiz ötən siyahı ilə müqayisədə 2 pillə irəliləyib.
Qeyd edək ki, cədvələ Niderland millisi başçılıq edir – 537,043 xal.
İdman.biz