Bakı. Trend:
"Benfika" komandasının təcrübəli yarımmüdafiəçisi Anxel DiMariya yay transfer dönəmində Portuqaliya klubunu tərk edəcək.
Trend-inməlumatına görə, 37 yaşlı argentinalı futbolçu bu barədə sosialşəbəkə hesabında paylaşım edərək azarkeşlərlə vidalaşıb. O,Lissabon təmsilçisinin heyətində klublararası dünya çempionatındaiştirak etməyəcək.
Qeyd edək ki, Di Mariyanın "Benfika" ilə müqaviləsi iyunun 30-dabaşa çatır. Futbolçu cari mövsümdə 39 oyunda iştirak edərək 15 qolvə 10 məhsuldar ötürmə ilə yadda qalıb.