RU

Zelenski Romada ABŞ-ın vitse-prezidenti ilə görüşdü –SONRA TRAMPA MƏKTUB YAZDI

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio ilə Romada görüşünü məhsuldar hesab edib.

 

Ukrayna lideri özünün "Telegram" səhifəsindəki paylaşımında yazıb: "Görüş zamanı rusların qərar qəbul etmək səlahiyyəti olmayan aşağı səviyyəli nümayəndə heyəti göndərdiyi İstanbul danışıqları müzakirə olunub. Mən Ukraynanın real diplomatiyaya hazır olduğunu təsdiqlədim və sürətli, tam, qeyd-şərtsiz atəşkəsin vacibliyini vurğuladım”.

 

Zelenski həmçinin qeyd edib ki, görüşdə Rusiyaya qarşı sanksiyaların zəruriliyi, ikitərəfli ticarət, müdafiə sahəsində əməkdaşlıq, döyüş meydanındakı vəziyyət, gələcəkdə əsirlərin mübadiləsi məsələlərinə toxunulub.

 

"Rusiyaya qarşı təzyiqlər müharibəni dayandırmağa hazır olana qədər davam etməlidir. Təbii ki, biz ədalətli və davamlı sülhə nail olmaq üçün birgə addımlarımızı müzakirə etdik", - Zelenski bildirib.

 

O həmçinin, insanların həyatının xilas edilməsində göstərdiyi dəstəyə görə bütün Amerika xalqına təşəkkür edib.

 

V.Zelenski Romada ABŞ-ın vitse-prezidenti J.D.Vens və dövlət katibi Marko Rubio ilə görüşdən sonra amerikalı həmkarı Donald Trampa müdafiə-sənaye və ticarət sahələrində əməkdaşlıqla bağlı yeni təkliflərin yer aldığı məktub yazıb göndərib.

 

Xatırladaq ki, aprelin 30-da ABŞ və Ukrayna mineral ehtiyatlara dair saziş imzalayıblar. Sənəd hasilat sənayesində birgə layihələr üçün investisiya fondunun yaradılmasını nəzərdə tutur: Ukraynanın neft, qaz və digər mühüm resursların yataqlarının işlənməsi və istismarı planlaşdırılır. Fond paritet əsaslarla idarə olunacaq. Kiyev yerin təkinə nəzarəti özündə saxlayır və yeni lisenziyalardan əldə edilən gəlir ölkənin bərpasına sərf olunacaq. Müqavilə Ukraynanın ABŞ qarşısında keçmiş borc öhdəliklərini nəzərdə tutmur.

Избранный
0
senzor.az

1Источники