“Yarışların keçiriləcəyi Milli Gimnastika Arenası artıq hazırdır”.
Sportinfo.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.
Minifutbol üzrə mundial mayın 21-dən iyunun 1-nə qədər keçiriləcək:
“Futbolçularımız buradadır. Əhval-ruhiyyə yaxşıdır.
Hamımız çempionata hazırıq. Çoxdandır “Fan Zona” təşkil olunmurdu.
Bilirsiniz ki, Azərbaycanda bir çox dünya və Avropa çempionatları keçirilir. Dövlətin, ölkə başçısının dəstəyi ilə müxtəlif idman tədbirləri təşkil olunur.
Təşkilatçılara təşəkkürümü bildirirəm. Çünki “Fan Zona” yarış üçün vacib məqamdır.
İnsanlara müxtəlif təbliğat yolları ilə çatmaq olar. “Fan Zona” da effektiv təbliğat üsuludur”.