Porno izləyən ərini öldürən braziliyalı qadının onun ətini yeyib.
İnterpress.az xəbər verir ki, bu barədə Braziliya mediası məlumat yayıb. Bildirilir ki, internetdə porno izlədiyi üçün ərini öldürdükdən sonra braziliyalı qadın özünə onun ətindən yemək bişirib.
Qadın 37 yaşlı ərinin qətlini və sonradan adamyeyənlik etdiyini etiraf edib. O, maraq və şəhvətpərəst kişilərə nifrətdən insan orqanlarını sınamağa qərar verib.
Ərin itkin düşməsi onun yaxınlarında şübhə yaradıb. Daha sonra parçalanmış cəsəd cütlüyün evinin yaxınlığında tapılıb.
Saxlanılan şəxs polisə bildirib ki, sosial şəbəkələrdə böyüklərə aid məzmuna baxdığı üçün kişidən qisas alıb.
Xuraman Etibarlı
İnterpress.az