RU

"Qarabağ"ın baş məşqçisi: "Juninyo ilə danışığımız olmayıb"

"Hələ ki, belə məlumat və söhbət yoxdur. Buradan gedən futbolçu olsa belə, bizə faydalı olacaqsa, onun geri qayıtmasına yox demərik".

İdman.biz xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandanın keçmiş forvardı, hazırda "Flamenqo"da çıxış edən Juninyonun geri qaytarılması ilə bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis bu mövzuda braziliyalı futbolçu ilə danışmadıqlarını bir daha vurğulayıb: "Juninyonun “Flamenqo”da işləri bu gün yaxşı getmirsə, bu o demək deyil ki, belə davam edəcək. Onunla son dəfə zədə aldığı vaxtda danışmışdıq. Oyunlarını izləyirəm. “Flamenqo” böyük klubdur. Juninyo ilə danışığımız olmayıb".

İdman.biz

Избранный
0
idman.biz

1Источники