BAKI, 19 may. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Omanın xarici işlər naziri Bədr əl-Busaidi ilə görüşündə Amerika tərəfi ilə razılığa gəlməyin mümkünlüyünü bildirib.
Teleqraf xəbər verir ki, İran lideri Vaşinqtonun Tehrana hədə-qorxu gəlməkdən əl çəkəcəyi təqdirdə, razılaşmanı mümkün sayıb.
O vurğulayıb ki, Tehran heç bir halda gücə tabe olmayacaq.
Bundan öncə İran XİN rəhbəri Abbas Əraqçi ABŞ rəsmilərinin bəyanatlarına baxmayaraq, İranın uranı zənginləşdirməyə davam edəcəyini bildirib .