RU

Azərbaycan çempionatının qalibi “Qarabağ” klubu mükafatlandırılıb - Video

Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırılıb.

Ağdam təmsilçisi XXXV turda “Azersun Arena”da "Kəpəz"lə baş tutan oyundan sonra qızıl medallara layiq görülüb. 12-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezident Sərxan Hacıyev və digər rəsmi şəxslər təqdim ediblər.

Mövsümü ilk pillədə başa vuran "Qarabağ" növbəti il Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək.

 

Избранный
0
12
anews.az

10Источники