RU

PKK liderlərinin xəyalları puç oldu


PKK-nın yüksək səviyyəli liderlərinin xaricə gedəcəkləri iddia edilsə də, onların bir çoxu beynəlxalq cinayətlər törətdiklərinə görə xaricə ayaq basan kimi həbs olunacaqlar. Terror təşkilatı PKK-nın ləğvi qərarı ilə bu terror təşkilatının idarəçilərin taleyi maraq mövzusuna çevrilib. Doğrudur,yüksək səviyyəli idarəçilərin şimal ölkələrində məskunlaşacağı iddia edilirdi. Amma avropalılar, beynəlxalq aləmdə narkotiklərin qanunsuz dövriyyəsi cinayətlərini heç vaxt görməzdən gəlmirlər. Dağılmadan əvvəl xaricdə sığınacaq istəmə hüquqlarının olduğu iddia edilən PKK-lılar bu hüquqlarını itirəcəklər. Xaricdəki 50 min PKK-çının vəziyyəti də qeyri-müəyyəndir. Belə ki,1990-cı illərdə Avropa ölkələri, 2004-cü ildə isə Aİ PKK-nı terror təşkilatı sırasına daxil edib. Beləliklə silah və narkotik ticarəti, təhdid və şantaj kimi cinayətlər törədən PKK liderlərinin taleyi qaranlıq görünür. Xaricə gedəcəkləri deyilən Murat Karayılan, Əli Rıza Altun, Cəmil Bayık, Duran Kalkan və Zübeyir Aydar kimi PKK liderləri 2011-ci ildə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Bürosu tərəfindən “Xüsusi Narkotik Tacirləri” elan edilib. Ona görə də bu liderlər Avropaya ayaq basan kimi həbs ediləcəklər.

Surxay Əliyev

Избранный
0
baki-xeber.com

1Источники