Məlum olduğu kimi, futbol üzrə Almaniya Bundesliqasının 2024/2025-ci illər mövsümü başa çatıb, “Bayern” çempion adını qazanıb.
Arena.az Almaniya Bundesliqasının cari mövsümünün yekunlarını təqdim edir.
Çempion adını qazanmış “Bayern” növbəti mövsümün Çempionlar Liqasnın Liqa mərhələsinə birbaşa qatılacaq.
“Bayer” 69 xalla 2-ci, Frankfurt “Ayntraxt”ı 60 xalla 3-cü, Dortmund “Borussiya”sı isə 57 xalla 4-cü olub. Bu klublar da növbəti mövsümün Çempionlar Liqasnın Liqa mərhələsinə birbaşa qatılacaqlar.
55 xalla 5-ci olmuş “Frayburq” Avropa Liqasını Liqa mərhələsində iştirak edəcək.
52 xalla 6-cı olmuş “Maynts” isə Konfrans Liqasının təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
17-ci olmuş “Holştayn” və 18-ci olmuş “Boxum” İkinci Bundesliqaya yuvarlanıblar. 16-cı yerdə qərarlaşmış “Haydenhaym” isə İkinci Bundesliqanın hələ məlum olacaq müvafiq təmsilçisi ilə ələmə oyunlarda yarışaraq, Birinci Bundesliqadakı yerini qorumağa çalışacaq.
“Bayern”in 31 yaşlı ingilis mərkəz hücumçusu Harri Keyn 26 qolla cari mövsümdə Almaniya Bundesliqasının ən sərrast qolçusu olub. Keynin hesabında həmçinin 9 məhsuldar ötürmə var və ingilis hücumçu qollar və məhsuldar ötürmələrin cəmi üzrə 35 xalla mövsümün ən səmərəli futbolçusu olub.
“Bayern”in 23 yaşlı fransalı sağ cinah hücumçusu Maykl Olise 17 məhsudlar ötürmə ilə müvafiq gösətəricidə ən məhsudlar futbolçu ünvanına sahib olub.